×
A
A
A
Sazlamalar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan parakarateçiləri Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, mayın 8-12-də təşkil olunacaq turnirdə Azərbaycan 5 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Nihat Məmmədzadə, Eldar Əhmədov və Vidadi Xalıqov qüvvəsini sınayacaq. Qadınlarda isə Emiliya Mitlinova ilə Ariana Mitlinova bacarığını nümayiş etdirəcək.
Komanda yarışa məşqçi Renad Əliyevin rəhbərliyi altında çıxacaq.

İdman 2024-05-07 15:23:00