×
A
A
A
Sazlamalar

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Bakı, 7 may, AZƏRTAC

Bu ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15,1 min şəxsə əlillik təyin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 7,3 mininə ilkin, 7,8 mininə təkrar əlillik təyinatı aparılıb.
Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Cəmiyyət 2024-05-07 12:34:00