×
A
A
A
Sazlamalar

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Bakı, 7 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev mayın 14-ü saat 10:00-da Göyçay Rayon Prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, İsmayıllı və Qəbələ rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Göyçay rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Cəmiyyət 2024-05-07 11:51:00