×
A
A
A
Sazlamalar

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan noyabr ayında COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Hesab edirəm ki, bu gün keçirdiyimiz tədbir COP29-a hazırlıq baxımından da mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan qlobal səviyyədə özünün könüllü milli hesabatını təqdim edən azsaylı ölkələrdəndir.
“Hökumət bu hesabatı iyunun 14-də təqdim edəcək. Ölkələrin təqdim etdiyi könüllü milli hesabatlar həm ayrı-ayrı sahələrdəki irəliləyişləri, həm də mövcud problemləri göstərmək üçün mükəmməl imkandır. Burada biz problemləri müzakirə edəcəyik. Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib. Bugünkü tədbirdə BMT-nin Dayanılqlı İnkişaf Məqsədləri üzrə xüsusi nümayəndəsi tərəfindən həmin sənəd təqdim olunacaq”, - deyə Vladanka Andreeva vurğulayıb.

Cəmiyyət 2024-05-07 11:50:00