×
A
A
A
Sazlamalar

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Bakı, 7 may, AZƏRTAC

Paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Dövlət Yol polisi (DYP) İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Cəmiyyət 2024-05-07 10:56:00