×
A
A
A
Sazlamalar

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

Bakı, 7 may, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 müxtəlif markalı tüfəng təhvil götürüblər.
Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 qumbara, 2 patron darağı və 18 ədəd patron aşkar edilərək götürülüb.

Cəmiyyət 2024-05-07 10:40:00