×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Bakı, 7 may, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında Fransa PSJ-si doğma meydanda Almaniya təmsilçisi "Borrusiya Dortmund"la üz-üzə gələcək. Görüş Bakı vaxt ilə saat 23:00-da start götürəcək.
Komandalar arasında oynanılmış ilk görüşdə dortmundlular 1:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, yarımfinal mərhələnin digər matçı mayın 8-də İspaniyada "Real Madrid" və Almaniyanın "Bavariya" komandaları arasında baş tutacaq.

İdman 2024-05-07 10:13:00