×
A
A
A
Sazlamalar

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Bakı, 7 may, AZƏRTAC

Antidopinq qaydalarını pozduğu üçün dördillik müddətində futboldan uzaqlaşdırılan Pol Poqba filmə çəkilir.
AZƏRTAC "Le Parisien"ə istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ölkəsi Fransada lentə alınan "4 Zeros" filmində gənc futbolçuların məşqçi rolunu oynayır. Ekran işi 2025-ci ildə işıq üzü görəcək.
Film PSJ ulduzu olmaq arzusunda olan gənc Kidanenin hekayəsindən bəhs edir.
Qeyd edək ki, İtaliya Milli Antidopinq Tribunalı (NADO Italia) Pol Poqbanı qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 il müddətində futboldan diskvalifikasiya edib.

İdman 2024-05-07 08:09:00