×
A
A
A
Sazlamalar

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Bakı, 7 may, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (NBA) "İlin yeni oyunçusu" mükafatının qalibi bəlli olub.
AZƏRTAC NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, səsvermə nəticəsində bu ada "San Antonio Spurs"un basketbolçusu Viktor Vembanyama layiq görülüb. O, sorğuda 495 xalla rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Viktor Vembanyama bu mövsüm 71 oyunda orta hesabla 21,4 xal, 10,6 ribaund və 3,9 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman 2024-05-07 07:04:00