×
A
A
A
Sazlamalar

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Bakı, 7 may, AZƏRTAC

İngiltərənin "Mançester Yunayted" komandası Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib.
AZƏRTAC xəbər verir ki, "qırmızı şeytanlar" 36-cı turda "Kristal Pelas"a 0:4 hesab ilə uduzmaqla cari mövsümdə 13-cü məğlubiyyətini alıb. Bu da Mançester təmsilçisinin liqadakı ən pis göstəricisidir.
Komanda tarixində indiyədək bir mövsüm ərzində 13 məğlubiyyət yaşamamışdı.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda 54 xalla səkkizinci pillədə qərarlaşıb.

İdman 2024-05-07 05:34:00