×
A
A
A
Sazlamalar

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Bakı, 7 may, AZƏRTAC

Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərini sındırıblar, məmurların və aktiv hərbi personalın məlumatları oğurlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, hakerlər nazirliyin əməkdaşlarının, eləcə də hazırkı və keçmiş hərbi qulluqçuların şəxsi məlumatlarına, o cümlədən bank rekvizitlərinə çıxış əldə ediblər.
Kiberhücumun Çinlə əlaqəli olduğu iddia edilir.

Dünya 2024-05-07 01:51:00