Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb
Bakı, 7 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizini Kiyevin hərbi ehtiyacları üçün istifadə etməyə razılaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Latviyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bəyan edib.
"Bu, əhəmiyyətli bir məbləğdir və ildə bir neçə milyard avro təşkil edir", - deyə Almaniya Kansleri bildirib.
Qeyd edək ki, Ukraynada münaqişə başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub.
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir
Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir