×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Səbail" 42 xalla altıncı, ötən tur "Kəpəz"ə məğlub olaraq Premyer Liqa ilə vidalaşan "Qəbələ" isə 20 xalla sonuncu - 10-cu yerdədir.
Turun daha əvvəl reallaşan görüşlərində "Qarabağ" "Neftçi"yə 5:0, "Zirə" "Turan Tovuz"a 2:1, "Sabah" "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - "Sumqayıt" görüşü isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman 2024-05-06 21:32:00