×
A
A
A
Sazlamalar

Azərbaycanın Türkiyədəki səfiri qardaş ölkənin daxili işlər naziri ilə görüşüb

İstanbul, 6 may, Günel Karatepe, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Qeyd edilib ki, görüş zamanı iki ölkə arasındakı mövcud əməkdaşlıq məsələləri, eləcə də perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlə bağlı rəsmi “X” hesabında verdiyi açıqlamada nazir Ali Yerlikaya görüşə görə səfir Rəşad Məmmədova təşəkkürünü ifadə edib.

Siyasət 2024-05-06 20:13:00