Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Bakı, 6 may, AZƏRTAC
Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək
Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH