DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
Bakı, 6 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kembric İslam Maliyyə Qurumunun keçirdiyi beynəlxalq müsabiqədə qalib gəlib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə DSMF ilə yanaşı, Almaniya, İspaniya, Kanada, Portuqaliya, Argentina, və s. də daxil olmaqla 50-dən çox ölkənin müvafiq dövlət qurumları iştirak ediblər.
Fondun müsabiqəyə təqdim etdiyi iş (“Azərbaycanda sosial müavinətlərin təyin edilməsinə müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi”) yüksək dəyərləndirilib.
Müsabiqədə qalib gələn DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən “Dövlət sektorunda qlobal yaxşı idarəçilik üzrə Liderlik Mükafatı”na layiq görülüb.
Xatırladaq ki, Fond 2024-cü ilin ilk dörd ayı ərzində 14 beynəlxalq mükafatla təltif olunub. Bundan əlavə, Fonda ötən dövrdə 5 beynəlxalq ISO sertifikatı da təqdim edilib.
BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb
DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb
Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz
Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib