×
A
A
A
Sazlamalar

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Bakı, 6 may, AZƏRTAC

Banqladeşin bəzi bölgələrində son iki həftə ərzində isti hava dalğası nəticəsində 15 nəfər həyatını itirib.
AZƏRTAC “Somoy news” saytına istinadla xəbər verir ki, ölənlərin çoxunun ölkənin cənub-qərb bölgəsindəki Maqura rayonunda qeydə alındığı və orada temperaturun ötən həftə rekord 43,8 dərəcəyə yüksəldiyi bildirilib.
Banqladeşin əksər bölgələri hazırda son illərin ən şiddətli istilərinə məruz qalıb. Dözülməz temperaturla mübarizə aparan hökumət məktəbləri, kollecləri, mədrəsələri və texniki təhsil müəssisələrini bağlayıb.
Mütəxəssislər qeyri-müntəzəm yağıntılar və yüksək temperatur səbəbiylə qarşıdakı illərdə isti dalğalarının artacağını və dünyada qlobal istiləşmənin ən böyük qurbanlarından biri olan Banqladeş üçün ciddi təhlükə yaradacağını bildiriblər.

Dünya 2024-05-06 15:46:00