×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Bakı, 6 may, AZƏRTAC

Mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində minatəmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Faktı üzrə Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Cəmiyyət 2024-05-06 14:46:00