×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Bakı, 6 may, AZƏRTAC

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, mayın 5-də işğaldan azad olunmuş rayonun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkarlanması faktı üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Cəmiyyət 2024-05-06 13:09:00