Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib VİDEO
Bakı, 6 may, AZƏRTAC
Yunanıstanda Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyevaya mahnı həsr edilib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan mahnı “Euphonious Tribute” adlanır və artıq sosial şəbəkələrdə də yayılıb.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb
Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər
Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub