×
A
A
A
Sazlamalar

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Bakı, 6 may, AZƏRTAC
Fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə Bakı şəhərində işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə R. Behbudov - Ş.Bədəlbəyli küçəsi, Ş.Bədəlbəyli - S.Rüstəm küçəsi, Azərbaycan prospekti - Ç.Mustafayev küçəsi, M. Əliyev - S.Vurğun küçələrinin kəsişməsində yerləşən işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri yekunlaşıb.

İqtisadiyyat 2024-05-06 12:25:00