×
A
A
A
Sazlamalar

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Bakı, 6 may, AZƏRTAC

Qərb dövlətləri öz qoşunlarını Ukraynaya göndərmək qərarına gəlsələr, onlara minnətdar olarıq.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bunu CBS telekanalına müsahibəsində deyib. O, həmçinin Kiyevin silah və sursata kəskin ehtiyac duyduğunu vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Fransa prezidenti Emmanuel Makron Britaniyanın “The Economist” jurnalına müsahibəsində Rusiya ordusunun cəbhə xəttini yarıb keçəcəyi təqdirdə Ukraynaya qoşun göndərilməsinin mümkünlüyünü bildirib. Onun sözlərinə görə, bəzi ölkələr Parisin bu məsələyə yanaşmasını başa düşüb və onun mövqeyi ilə razılaşıblar.
Makronun açıqlamasını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bu ideyanı çox təhlükəli adlandırıb.

Dünya 2024-05-06 11:15:00