İspaniyada korrida üzrə milli mükafat ləğv edilib
Bakı, 6 may, AZƏRTAC
İspaniyanın yeni təyin edilmiş mədəniyyət naziri Ernest Urtasun korrida üzrə milli mükafatı ləğv edib.
AZƏRTAC xəbər verir ki, bir çox insan bu qərarı alqışlasa da, buna qarşı çıxanlar da olub. Korrida ilə aktiv məşğul olanlar 30 min avro dəyərindəki mükafatın ləğvindən narazıdır. Onlar korridanı İspaniyanın mədəni irsinin bir parçası hesab edirlər.
Yeni nazir qərarını belə əsaslandırıb ki, heyvanlara qarşı pis rəftardan narazı olan ispanların sayı ilbəil artır. 2024-cü ildə heyvanlara qarşı zorakılığa görə mükafat verilməsi məntiqsizdir.
Statistika göstərir ki, İspaniyada öküz döyüşlərinə maraq ciddi şəkildə zəifləyib. 2016-cı ildən indiyədək tamaşaların sayı 3 dəfə azalıb. 2023-cü ildə isə ispanların cəmi 2%-i toreadorların tamaşalarına gedib.
Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir
Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir
İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir
Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb
Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir