Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Banqladeşin xarici işlər naziri Məhəmməd Həsən Mahmud ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini, müasir şəraitdə mövcud təhlükələr və çağırışların aradan qaldırılması kontekstində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən iqtisadi, humanitar və sosial sahələrdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər. Bununla yanaşı, nəqliyyat, səhiyyə, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi COP29-un yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH
Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə
“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO
Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH