×
A
A
A
Sazlamalar

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

Tbilisi, 4 may, AZƏRTAC

Qlobal böhran fonunda beynəlxalq sabitlik, enerji və ərzaq təhlükəsizliyi üçün alternativ marşrutlar həlledici əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı çərçivəsində keçirilən Rəhbərlər Şurasının sessiyasının açılışında çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Qara dənizin dibi ilə elektrik və internet kabellərinin çəkilməsi, Qara dəniz boyunca bərə daşımaları və qarşılıqlı əlaqəni yaxşılaşdırmaqla bağlı digər layihələri təşviq etmək üçün tərəfdaşlarla daha sıx işləməyi planlaşdırıb.
Baş nazir deyib ki, Gürcüstan Azərbaycan-Avropa İttifaqının (Aİ) yaşıl dəhliz layihəsində tərəfdaşlarla daha sıx əməkdaşlıqda maraqlıdır.
İ.Kobaxidze onu da vurğulayıb ki, Gürcüstanda Şərq-Qərb, Cənub-Şimal, Cənub-Şərq dəhlizlərinin tikintisi davam edir, nəqliyyat əlaqələri və qarşılıqlı əlaqə yaxşılaşdırılır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-05-04 16:12:00