Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb
Bakı, 4 may, AZƏRTAC
Myanmanın şimalındakı Kaçin əyalətində nəsli kəsilməkdə olan quş növü aşkar edilib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, o, ov quşu olduğundan Cənub-Şərqi Asiya ölkəsində cəmi 40 dənəsi qalıb. Yalnız Kaçin əyalətində və Saqainq bölgəsində yaşayan həmin quş hazırda Myanmada İrravadi delfini, bəbir və qırmızı pandadan daha nadir növ sayılır. Əgər qorunmasa, beş ildən sonra nəsli tamamilə kəsilə bilər.
Bu quş əsasən tünd boz rəngdə olur, boğazı və aşağı hissələri ağdır, bulanıq çaylar və bataqlıq ərazilərdə yaşayır. 2007-ci ildən kritik təhlükə altında olan quşlar siyahısına daxil edilib.
Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb
Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir
Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur
Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib