×
A
A
A
Sazlamalar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Bakı, 4 may, AZƏRTAC

Avropa Komissiyası Rusiyanın Ukraynada müharibəsi nəticəsində itkilərə məruz qalmış fermerlərə göstərilən fövqəladə yardımın müddətini ilin sonuna qədər uzadıb. Bu, milli büdcələrdən ödənilən dövlət yardımıdır. Müddətlərin uzadılması ilə bağlı xahiş ilə Avropanın kənd təsərrüfatı üzrə komissarı Yanuş Voytsexovski çıxış edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, müharibə başlayandan dərhal sonra Avropa Komissiyası tərəfindən icazə verilən dövlət yardımının müddəti bir aydan sonra bitməli idi. İlk öncə Brüssel onu uzatmağı planlaşdırmayıb, lakin indi fikrini dəyişib və fermerlərin itkilərini kompensasiya edən dövlət yardımı daha altı ay davam edəcək.
Avropanın kənd təsərrüfatı üzrə komissarı “X” platformasında yazıb ki, Avropa İttifaqının 22 ölkəsi fermerlərə 10 milyon avro məbləğində yardım göstərib. Ən böyük məbləğdə yardım Polşaya
(4 milyard avro) verilib, ondan sonra İtaliya (təxminən 2 milyard 400 milyon avro) və Fransa (təxminən 1 milyard avro) yer alıb. Yardım gübrə, taxıl, kreditlər və yanacaq subsidiyalarını ehtiva edib.

Dünya 2024-05-04 12:57:00