HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
Bakı, 4 may, AZƏRTAC
Fələstinin müqavimət hərəkatı - HƏMAS Misirin Qəzzada atəşkəs təşəbbüsünə cavab olaraq Qahirəyə nümayəndə heyəti göndərib.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyi bu barədə Misirdəki iki mənbəyinə istinadla məlumat yayıb.
“HƏMAS hərəkatının nümayəndə heyəti İsraillə atəşkəs sazişi üzrə danışıqları davam etdirmək üçün Qahirəyə gəlib. Sazış Qəzza sektorunda müharibəyə son qoya bilər”, - deyə məlumatda bildirilir. Eyni zamanda qeyd olunur ki, Qahirə razılığın əldə olunmayacağı təqdirdə Fələstin eksklavında vəziyyətin gərginləşəcəyi barədə HƏMAS-a xəbərdarlıq edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin də Misir və Qətərin daxil olduğu atəşkəs sazişinin qarantı qismində Misirə gedəcəyi gözlənilir.
Yaponiya parlamenti boşanmış valideynlərə birgə qəyyumluq icazəsi verən qanun qəbul edib
Yeni Kaledoniyada vəziyyət ağırlaşıb
Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir
Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib
İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb