×
A
A
A
Sazlamalar

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Bakı, 4 may, AZƏRTAC

Nigeriyanın şimal-qərbində silahlılar bir neçə kəndə hücum edərək 25 nəfəri öldürüb.
AZƏRTAC xəbər verir ki, ölənlərin əksəriyyəti yerli özünümüdafiə dəstələrinin üzvləridir. Eyni zamanda, hücum nəticəsində dinc sakinlər arasında yaralananların olduğu bildirilir. Nigeriyanın təhlükəsizlik qüvvələri kəndlərə basqın edən silahlıların axtarışı ilə bağlı tədbirlər görür.
Bir müddət öncə Nigeriya ordusu hava zərbələri nəticəsində müxtəlif silahlı dəstələrin 200-ə yaxın üzvünün öldürüldüyünü iddia etmişdi.
Son zamanlar Nigeriyanın şimal-qərb əyalətlərində silahlı cinayətkarların hücumlarının sayı xeyli artıb. Onlar fidyə almaq üçün adam oğurluğu ilə məşğul olurlar. Sakinlər isə hücumlardan qorunmaq üçün özünümüdafiə dəstələri təşkil edirlər.

Dünya 2024-05-04 12:05:00