“Boeing” kosmosa ilk astronavtlarını göndərir
Bakı, 4 may, AZƏRTAC
Ən böyük təyyarə istehsalçısı “Boeing” şirkəti gələn həftə astronavtlardan ibarət ekipajla birlikdə ilk “Starliner” kosmik kapsulunu orbitə göndərməyə hazırlaşır ki, bu da ona İlon Maskın “SpaceX” kompaniyası ilə rəqabət aparmaq üçün mübarizədə qələbə qazanmaq şansı verir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, “CST-100 Starliner” sınaq missiyası 1 milyard dollardan çox məsrəfdən sonra illərlə təxirə salınan bir mərhələdir. Şirkət kosmik gəminin kosmosa adi səfərlər üçün təsdiqlənməsindən əvvəl keçirilən son nümayişdə kommersiya ekipajı proqramı çərçivəsində iki NASA astronavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcək.
NASA son illərdə öz astronavtlarını və digər müştərilərini BKS-ə və daha iddialı “Artemida” proqramı çərçivəsində Aya və daha sonra Marsa daşıya biləcək yeni nəsil özəl kosmik gəmi layihəsini dəstəkləyib. “Starliner” isə agentliyin kommersiya məqsədli modelinin ən son məhsuludur.
Agentliyin köməkçi inzibatçısı Cim Fri buraxılışdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, yeni kosmik gəminin ilk ekipaj uçuşu tamamilə kritik bir mərhələdir. Onun sözlərinə görə, ekipaj üzvləri Sani Villiams və Batç Vilmorun həyatı risk altında ola bilər.
Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb
Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb
Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək
Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb