×
A
A
A
Sazlamalar

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Bakı, 4 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində növbəti tədbir mayın 16-17-də Lənkəranda təşkil olunacaq.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, layihə regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədilə keçirilir.
“ANİMAFİLM Lənkəranda” adlı tədbirdə uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr və səsvermə nəzərdə tutulub. Həmçinin tədbir çərçivəsində ikigünlük animasiya təlimi keçiriləcək. Tədbirdə iştirak ödənişsizdir, proqramı isə www.anima.az rəsmi saytında dərc olunacaq.
Bundan əvvəl layihə çərçivəsində 2021-ci ildə Şəkidə, 2023-cü ildə isə Naxçıvanda tədbirlər keçirilib.

Mədəniyyət 2024-05-04 11:17:00