×
A
A
A
Sazlamalar

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Bakı, 4 may, AZƏRTAC

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində bir həftə ərzində qızılca xəstəliyindən azı 42 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalətin səhiyyə komissarı açıqlama verib. O bildirib ki, bir həftə ərzində ölkənin iki bölgəsində qızılcaya yoluxmuş 200-ə yaxın xəstə müəyyən edilib. Səhiyyə komissarının sözlərinə görə, həmin ərazilərdə peyvəndlənmə prosesi başlayıb və vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, Nigeriyanın bir çox şimal əyalətlərində qızılca geniş yayılıb. Uşaqların daha həssas qrup sayıldığı bu virusun peyvəndlənməsində tez-tez çətinliklər yaranır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-ci ildən bəri qızılcaya yoluxmuş 50 milyondan çox insan vaksin sayəsində xəstəlikdən yaxa qurtara bilib.

 

 

Dünya 2024-05-04 10:56:00