Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib
Bakı, 4 may, AZƏRTAC
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat - Taktiki fakültənin “Tabor (divizion) komandiri” səviyyəsində təkmilləşdirmə kursunun 66-cı buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Əsgərli kursu bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Dinləyicilər kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra kursu bitirən məzunlara sertifikatlar təqdim olunub.
Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub
Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir