×
A
A
A
Sazlamalar

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

Bakı, 4 may, AZƏRTAC

Haitinin şimalında bir neçə gündür yağan leysan yağışlardan sonra baş verən torpaq sürüşmələri azı 12 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Nouvelliste” qəzeti yazıb.
Qəzet bələdiyyə orqanına istinadla bildirib ki, güclü yağış nəticəsində evin uçduğu Laborie şəhərində 11 nəfər həlak olub.
Rival ərazisində baş verən növbəti sürüşmə nəticəsində isə daha bir nəfər həlak olub.
Xilasetmə və yanğınsöndürmə qrupları, eləcə də yerli könüllülər axtarışları davam etdirirlər.

Dünya 2024-05-04 05:10:00