×
A
A
A
Sazlamalar

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Bakı, 4 may, AZƏRTAC

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-ın dövlət borcu problemi həll olunmasa, dollar dəyərsizləşəcək.
AZƏRTAC xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində bildirib.
“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”, - deyə Mask yazıb.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-ın dövlət borcunun artması bütün dünyada mənfi təsirlərə səbəb olur.

 

Dünya 2024-05-04 05:00:00