Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
Bakı, 3 may, AZƏRTAC
Azərbaycanın daha bir bədii gimnastı Bakıda keçirilən Avropa Kubokunda finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, fərdi proqramda mübarizə aparan Kamilla Seyidzadə çoxnövçülük üzrə yarışda həlledici mərhələyə vəsiqə qazanıb.
Digər gimnastımız Zöhrə Ağamirova isə lentlərlə hərəkətlərdə final mərhələsində iştirak hüququna yiyələnib. O, daha əvvəl top və halqa ilə yarışlarda da adını finala yazdırıb.
Bu nəticələrdən sonra K.Seyidzadə turnirin ilk günündə ümumilikdə 119 450 xal toplayaraq 14-cü, Z.Ağamirova isə 127 100 xalla 8-ci pillədə qərarlaşıblar.
Bununla da bədii gimnastika üzrə Avropa Kubokunun ilk gününə yekun vurulub.
Mayın 5-nə kimi davam edəcək turnirdə 37 ölkədən 160 gimnast iştirak edir.
Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar
Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər
Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Slovakiyaya qarşı
Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək
“Heydər Əliyev kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib