×
A
A
A
Sazlamalar

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında növbəti pley-off oyunu olub.
AZƏRTAC xəbər verir ki, 1/4 final mərhələsində "Sərhədçi" və "Xəzri" komandaları arasında seriyanın ikinci matçı keçirilib. Görüş birincilərin 71:64 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Sərhədçi" seriyada ümumi hesabı (1-1) bərabərləşdirib.
Qeyd edək ki, bu komandalar arasında seriyanın 3-cü oyunu mayın 5-i saat 19:30-da baş tutacaq.

İdman 2024-05-03 22:11:00