"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
Bakı, 3 may, AZƏRTAC
Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmi və şəxsi heyətinin cəlb olunduğu "Dalğa - 2024" birgə taktiki təliminin yekunları ilə bağlı tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
HDQ və FHN nümayəndələrinin iştirak etdiyi tədbirdə Xəzər dənizinin ərazi sularında keçirilmiş "Dalğa - 2024" birgə təliminin yekun nəticələri təhlil edilib.
Qeyd olunub ki, birgə taktiki təlimdə HDQ və FHN-in gəmi və şəxsi heyəti qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirib. Şəxsi heyətin yüksək peşəkarlıq və əzm nümayiş etdirdiyi xüsusi vurğulanıb.
Sonra təlimdə fərqlənənlər mükafatlandırılıb.
Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub
Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir