×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 mart tarixli 14 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1810 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “15” rəqəmləri “14” rəqəmləri ilə əvəz edilsin.
2. “Kollegiyanın üzvləri” bölməsinin onuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və on birinci abzas ləğv edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 may 2024-cü il

№ 240

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Fərdi sahibkarların ticarət fəaliyyəti haqqında” 4-ticarət №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Fiziki şəxslərin ticarət fəaliyyəti haqqında” 1-ticarət (fiziki şəxs) №-li rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 19 iyul tarixli 59/13 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il 27 avqust tarixli 17/13 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 yanvar tarixli Q5-001-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli Q27-001-13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Qərarlar 2024-05-03 17:54:00