×
A
A
A
Sazlamalar

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Ötən ilin aprel ayından etibarən, “PAŞA Holding”in sponsorluğu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə “Qarabağ KOB-ları” proqramı həyata keçirilir.

Proqram çərçivəsində şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə dəstək məqsədilə 50-yə yaxın KOB subyekti yaradılıb və lazımi avadanlıqlarla təmin olunub.
Proqrama müraciət edən iştirakçılara biznes planın hazırlanması, marketinq, maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, satış və digər mövzularda fərqli təlimlər keçirilib.
Qeyd edək ki, 2024-cü ildə də “Qarabağ KOB-ları” proqramı davam etdiriləcək. Proqrama müraciətlərin qəbulu və digər ətraflı məlumatlarla bağlı ictimaiyyətə məlumat veriləcək.

İqtisadiyyat 2024-05-03 16:32:00