×
A
A
A
Sazlamalar

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

Bakı, 3 may, AZƏRTAC

Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalının altıncı günündə, mayın 2-də “Landmark”da klassik musiqi axşamı olub.
AZƏRTAC xəbər verir ki, “Rotunda” zalında keçirilən konsertdə Azərbaycan, İtaliya, Rusiya və Gürcüstandan olan ifaçılar iştirak ediblər. Çıxışlar fortepiano müşayiəti ilə keçirilib.
Konsertdə klassik musiqi əsərləri səsləndirilib.
I Beynəlxalq Opera Festivalı Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil edilib və mayın 3-də başa çatacaq.

 

Mədəniyyət 2024-05-03 14:22:00