×
A
A
A
Sazlamalar

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Bakı, 3 may, AZƏRTAC

İyunun 21, 22, 24-ü ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 8-də ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılma prosesi də baş tutacaq.
Təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 min 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.
Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Elm və təhsil 2024-05-03 11:17:00