Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək
Naxçıvan, 3 may, AZƏRTAC
Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına və Ali Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hər il Ali Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verir.
Sessiyanın plenar iclasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunacaq, həmçinin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin Nazirlər Kabinetinin üzvlüyü ilə bağlı təqdimatına baxılacaq.
Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub
Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO
Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək