×
A
A
A
Sazlamalar

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Tbilisi, 2 may, AZƏRTAC

Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan məlumat verib.
"Bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımı ilə bağlı istənilən məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etdi",- deyə səfir bildirib.
O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib.
Səfir sözügedən dəvətin dəqiq nə vaxt edildiyini açıqlamayıb.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-05-02 18:56:00