Babək rayonunun Naxışnərgiz kəndinin içməli su təminatı yaxşılaşdırılıb
Naxçıvan, 2 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında yaz mövsümünün yağıntılı keçməsi çaylarda, selovlarda, kaptajlarda suyun səviyyəsinin artması ilə müşahidə olunub.
Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Qahab kaptajında suyun səviyyəsinin artması Qahab kəndi ilə yanaşı, Naxışnərgiz kəndinin də içməli su təminatının yaxşılaşdırılmasına imkan verib. Bu məqsədlə Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən Qahab kaptajından 750 metr məsafədə 110 millimetrlik plastik borularla xətt çəkilib. Çəkilən xətlər Naxışnərgiz kəndindəki artezianın mövcud paylayıcılarına qoşulub. Beləliklə, həm Naxışnərgiz kəndinin içməli su təminatı yaxşılaşdırılıb, həm də elektrik enerjisinə qənaət edilib.
Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib
Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub
Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO
Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb