×
A
A
A
Sazlamalar

Balakəndə narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən 26 sürücü məsuliyyətə cəlb olunub

Bakı, 2 may, AZƏRTAC

Balakəndə narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən 26 sürücü məsuliyyətə cəlb olunub
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 26, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, son 1 ayda təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, dayanma-durma və yükdaşıma qaydalarını pozan, eləcə də digər kobud qayda pozuntuları törədən 542 sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.

Regionlar 2024-05-02 08:31:00