×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfə verəcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışıldı, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edildi.

Rəsmi xronika 2024-05-01 15:38:00

Video