×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Bakı, 1 may, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, bu raundun digər görüşündə Dortmund “Borussiya”sı Almaniyada Fransanın PSJ klubunu qəbul edəcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək.
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real Madrid” komandası Almaniyada “Bavariya” ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

İdman 2024-05-01 10:17:00