×
A
A
A
Sazlamalar

Birinci vitse-prezident Mehriban Əliyeva şahmatçı Ülviyyə Fətəliyevanı Avropa çempionu olması münasibətilə təbrik edib

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”

  

 

 

Rəsmi xronika 2024-04-29 20:32:00