Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, sonuncu – X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edən iti zəka sahibi qitə çempionluğunu qazanıb.
Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran Ü. Fətəliyeva rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
Hidayət Heydərov dünya çempionatının qalibi olub VİDEO
Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var